Sual: Sünnəyə əsasən əl və ayaq dırnaqlarını kəsməyin yolu necədir?
Cavab: Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Əssaləmu aleykum və rahmətullahi və bərakətuh
Dırnaqlarınızı aşağıda göstərildiyi kimi kəsməyiniz məsləhətdir:
- Sağ əlinizin şəhadət barmağından başlayın və kiçik barmağınıza doğru gedin.
- Bundan sonra, sol əlinizin kiçik barmağından başlayıb, sol əlinizin baş barmağında bitirin.
- Nəhayət, sağ əlinizin baş barmağının dırnağını kəsə bilərsiniz.
- İnsan sağ ayağın kiçik barmağından dırnaqları kəsməyə başlamalı və sol ayağın kiçik barmağında bitirməlidir. («Hindiyyə», 5358)
- Bu sünnə deyil, ancaq istəniləndir (müstəhəbdir). («Əhsənul Fətəva», 982)
Ml. Ishak E. Musa,
Darul Iftaanın tələbəsi
Yoxlayıb təsdiqlədi:
Müfti İbrahim Desai
Darul Iftaa, İn’amiya mədrəsəsi
Mənbə: www.askimam.org
Tərcümə: t.me/Ehli_Sunne_Henefi







