İnsanın ölümündən sonra 4, 7, 14, 30, 40, 100 günləri keçirmək lazımdırmı?

yas mərasimi Əqidə

Sual: Sualım belədir: bizim adətlərə görə insan öldükdən sonra 4, 7, 14, 30, 40, 100 gün, bir il və ondan sonrakı hər il xüsusi qeyd olunur. Aş hazırlayırlar, bütün qohumları, dost-tanışları dəvət edirlər. Bəziləri bunu az qala fərz hesab edir, pulu olmadan borc alıb nəyin bahasına olursa-olsun qonaq çağırırlar, əgər adam dəvət etməsə, onu barmaqla göstərib deyirlər ki, bu vəhhabidir və ya xəsisdir. Zəhmət olmasa deyin, bu hərəkətlər nə dərəcədə təsdiqlənir? Sizdən artıq dərəcədə xahiş edirəm cavab verəsiniz, imamlarımızdan biri; İbn Nüceym’in «Bəhr ər-Raiq», İbn Humam’ın «Fəthu’l-Qadir», Əli Qari’nin «əl-Mirkat şərhul Mişkat», Bizazi’nin (əl-Quduri), «Əssirc əl və Həcc Fətva Bizazi» İbn Abidin’in «Rəddül Muxtar» kimi böyük alimlərimizin bir çox kitablarına və imam Əbu Hənifənin çoxsaylı kitablarına istinad edərək, bunun pis bidət və harama yaxın olan təhrimən məkruh olduğunu söyləyir, lakin başqa bir imam deyir ki, bu əcdadlarımızın adətidir: əcdadlarımız belə edib və onları ləğv etməyə haqqımız yoxdur. Beləliklə, əcdadlarımızla tənləşmək lazımdır yoxsa hər halda ilahiyyatçıların kitablarına baxmalıyıq ? İstərdim ilahiyyatçılarımızın kitablarından mənə cavab verəsiniz: ola bilsin bizim imam nəyisə səhv başa düşüb, cavaba çox ümid edirəm. Mənə cavab verməklə imamlarımızın arasında olan çox böyük bir mübahisəni və məscidlər arasında olan fitnəni həll edin, əvvəlcədən təşəkkürlər. (Qırğızıstan)

 Cavab:

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 Əssəlamu aleykum və rahmətullahi və bərəkətuh!

 İslam əcdadlarımızın və ata-babalarımızın nə etdiklərinə əsaslanmır. İslam Quran və Sünnəyə əsaslanır. Ona görə də Quran və Sünnə ilə təsbit olunmayan şeylər dinin bir hissəsi edilə bilməz. Quranda və ya Sünnədə əsası olmayan, əlavə edilən, dinin bir hissəsi kimi sayılan və vacib olaraq traktovka edilən hər bir əməl bidətdir.

 Allahın nazil etdiyini inkar edənlər, əcdadlarının etdiklərini edəcəklərini daim bildirirdilər. Allah ﷻ Quranda buyurur:

 وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَآ أَلۡفَيۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡقِلُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Quran,2/170)

 İnsanın ölümündən sonra 4, 7, 14, 30, 40 və 100-cü günlərdə mərasimlərin keçirilməsi adəti nə Quran ayələri, nə də hədislərlə təsbit edilmir. Ona görə də bu cür mərasimlərin keçirilməsi İslam dininin bir hissəsi sayıla bilməz. Peyğəmbər ﷺ bizə kamil olan Quran və Sünnəni miras qoyub. Bu kamil mirasa əməl etdikcə, biz doğru yolda qalacağıq. Allah Rəsulu ﷺ buyurdu:

 عن مالك انه بلغه ان رسول الله صلى الله عليه و سلم قال :تركت فيكم أمرين لن تضلوا ما تمسكتم بهما كتاب الله وسنة نبيه

Sizə miras olaraq iki əmanət qoyuram. Onlardan möhkəm yapışdığınız müddətcə, heç vaxt yolunuzu azmazsınız: bu, Allahın Kitabı (Qurani-Kərim) və Peyğəmbərin Sünnəsidir (hədislər). (Malik. Muvatta. — № 1594)


Allah ﷻ  daha yaxşı bilir.
Vəssalam.
Müfti Suhail Tarmahomed
Yoxladı və təsdiqlədi
Müfti İbrahim Desai
(Kvazulu-Natal, CAR)


Mənbə: askimam.ru
Tərcümə: t.me/Ehli_Sunne_Henefi

Məqaləni qiymətləndirin
Şərh əlavə edin

Яндекс.Метрика