Namazdan sonra zikrlər

Namazdan sonra oxunan təsbihat-zikrlər

Namaz qılınıb qurtardıqdan sonra edilən zikr və dualar bu ardıcıllıqdadır:

1. Salam verdikdən sonra oxunur (ancaq fərz namazlardan sonra oxunur):

Əstəğfirullah, Əstəğfirullah, Əstəğfirullah. Allahummə əntəs-sələmu və minkəs-sələm. Təbəraktə yə zəl-cələli vəl-ikram.

Mənası: Allahım! Sən nöqsanlardan uzaqsan, hər cür əmin-amanlıq Səndəndir. Ey əzəmət və kərəm sahibi Allahım! Sənin şanın ucadır.

[player id=’2621′]

2. Bütün namazlar qurtardıqdan sonra oxunur (fərz və sünnələr tamamilə qurtardıqdan sonra):

Subhanəllahi vəlhamdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər. Və lə havlə və lə quvvətə illə billəhil ‘aliyyil ‘azim.

https://www.traditionrolex.com/16

Mənası: Allah hər cür nöqsandan uzaqdır. Həmd Onadır. Allahdan başqa ilah yoxdur. Allah ən böyükdür. Həqiqi güc-qüvvət sahibi yalnız uca və böyük olan Allahdır!

3. Ardından Ayətül-Kürsi oxunur:

Bismilləhir-Rahmənir-Rahim. Allahu lə ilahə illə huvəl hayyul-qayyum. Lə tə’xuzuhu sinətun vələ nəum. Ləhu mə fissəməvəti və mə fil-ərd. Mən zəlləzi yəşfə’u indəhu illə bi-iznih. Yəaləmu mə bəynə əydihim və mə xalfəhum. Və lə yuhitunə bişəy-in min ‘ilmihi illə bimə şəə. Və si’a kursiyyuhus-səməvəti vəl ərd. Vələ yəuduhu hifzuhumə və huvəl ‘aliyyul-‘azim.

Mənası: Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Onlərindəkini (edəcək­ləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (içində “kürsü” kəlməsi keçdiyi üçün bu ayəyə “Ayəti-kürsi” deyilmişdir. Burada sözügedən kürsü bildiyimiz kürsü və ya taxt mənasında deyil, Al­lahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir şeydir.) (Bəqərə, 255)

[player id=2628]

4. Ondan sonra hər zikrdən 33 dəfə oxunur:

— Subhanəllah (Allah hər cür nöqsandan uzaqdır)

— Əlhamdulilləh (Hər cür həmd Alla­ha məxsusdur)

— Allahu əkbər (Allah ən böyükdür)

5. Zikrlardan sonra oxunacaq

Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləh. Ləhul-mulku və ləhul-hamdu və huvə ‘alə kulli şəy-in qadir.

Mənası: Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki yoxdur. Mülk Ona aiddir. Hər cür həmd Onadır. O, hər şeyə qadirdir.

Subhanə rabbiyəl-‘aliyyil əaləl-vəhhəb.

Mənası: Ehsanı bol olan uca Rəbbim hər cür nöqsandan uzaqdır.

6. Dua

Zikrlər və təsbihat sırası ilə bu şəkildə qur­tardıqdan sonra əl açaraq dua edilir. (Duaya Allaha həmd, Peyğəmbərimizə salavatla başlayaraq ehti­yacına görə istədiyi şəkildə dua edilər.)

Поделиться с друзьями
Şərh əlavə edin

Яндекс.Метрика