Dəstəmaz almağın qaydası

Dəstəmaz

Dəstəmaz müəyyən üzvlərimizi üsuluna uy­ğun şəkildə yumaq və məsh etməkdən ibarət bir təmizlikdir. Eyni zamanda mənəvi bir təmizlik və ibadətlərə hazırlıq olması cəhəti də bir ibadətdir.

Əziz Peyğəmbərimiz salləllahu aleyhi və səl­ləm dəstəmaz haqqında belə buyurur: “Şübhəsiz ki, mənim ümmətim qiyamət günü dəstəmaz izləri səbəbi ilə üzləri nurlu, əlləri və ayaqları parlaq olaraq çağırılacaqlar. Üzünün nurunu artırmağa gücü çatan kəs bunu etsin”. (Buxari, Vudu 3)

“Hər kim Allahın əmr etdiyi kimi dəstəmaz alarsa, bu, fərz namazlar arasındakı günahlara kəffarə olar”. (Müslim, Təharət 231)

Dəstəmazın fərzləri dörddür:

  1. Üzü yumaq
  2. Qolları dirsəklərlə bərabər yumaq
  3. Başın dörddə bir hissəsini məsh etmək
  4. Ayaqları topuqlarla bərabər yumaq

Qeyd: Bu fərzlərdən biri əskik olarsa dəstəmaz düzgün olmaz.

Dəstəmazsız bunları etmək olmaz:

  1. Namaz qılınmaz, tilavət səcdəsi edilməz
  2. Kəbə təvaf edilməz
  3. Qurana toxunmaq olmaz

Dəstəmazı pozan şeylər:

  1. Qan çıxması (bədənin hər hansı bir yerindən çıxar və kənara yayılarsa)
  2. Böyük və ya kiçik bayıra çıxmaq
  3. Arxadan yel çıxması
  4. Öndən və ya arxadan məni, idrar, qan, irin kimi bir nəcasətin çıxması
  5. Ağız dolusu qusmaq
  6. Diş və ya ağızda qanama (tüpürcəyin yarısın­ dan çoxunun qan olması)
  7. Yuxulamaq, özündən gedib bayılmaq, sər­xoş olmaq
  8. Namazda ikən yanındakının eşidəcəyi qədər gülmək (bu həm dəstəmazı, həm də namazı pozar)
  9. Təyəmmüm edən birinin dəstəmaz alacaq qədər su tapması

Sarğı üzərinə məsh

Hər hansı bir dəstəmaz üzvündə qırıq və ya yara kimi səbəblərlə sarğı varsa, həmin yeri yumaq yaraya zərər verəcəksə, sarğı üzərinə bir dəfə məsh edilməsi kifayətdir

Dəstəmazın alınma qaydası

NİYYƏT​

sünnə

Dəstəmaza başlamadan əvvəl “Niyyət etdim Allah rizası üçün dəstəmaz almağa” deyərək niyyət edilir. Sonra “Əuzu- billahi minəş-şeytanir-ragim
Bismillahir-Rahmanir-Rahim» oxunaraq dəstəmaza başlanır

ƏLLƏRİ YUMAQ

sünnə

Əllər biləklərlə birlikdə (bar­maqların arası quru qalmaya­caq şəkildə) yuyulur

AĞIZA SU VERMƏK

sünnə

Sag əl ilə ağıza üç dəfə su alınıb çalxalanaraq yuyulur

BURUNA SU ÇƏKMƏK

sünnə

Sag əl ilə buruna üç dəfə su çə­kilir. Ardından da hər dəfəsin­ də sol əl ilə təmizlənir

ÜZÜ YUMAQ

fərz

Üz (saçların başladığı yerdən çənənin altı və yanaqlar daxil olmaqla) üç dəfə yuyulur

QOLLARI YUMAQ

fərz

Əvvəl sağ, sonra isə sol qol (dirsəklərlə birlikdə) üç dəfə yuyulur

BAŞI MƏSH ETMƏK

fərz

Sağ əl isladılaraq başın dörddə bir hissəsi məsh olunur

QULAQLARI MƏSH ETMƏK

sünnə

Hər iki əlin şəhadət barmağı ilə qulaqların içi, baş barmaqla da qulağın arxası məsh olunur

BOYUNU MƏSH ETMƏK

sünnə

Hər iki əlin digər üç barmağı ilə boyunun arxası məsh olunur

AYAQLARI YUMAQ

fərz

Əvvəl sağ, sonra isə sol ayaq (barmaq aralarında və topuq ətrafında quru yer qalmayacaq şəkildə) yuyulur

Поделиться с друзьями
Şərh əlavə edin

Яндекс.Метрика