Son zamanlar ölkəmizdə, xüsusilə gənclər arasında İslam dininə artan maraq göz qabağındadır. Bu hal nə qədər sevindirici olsa da, bu maraqdan yaranan bilgi əskikliyinə cavab verəcək internet resurslarının azlığı bizləri narahat etməyə bilməzdi.
Ona görə də Qurani-Kərimə və Əhli-Sünnətə bağlı qalaraq insanları maarifləndirmək, İslamla bağlı mövzularda doğru və yalnışın bir birinə qarşıdığı bu zamanlarda insanlarımıza ən güvənilir bilgiləri çatdırmaq, dinimizlə bağlı suallara cavab vermək məqsədi ilə azermuslim.com islam məlumat portalını yaratdıq.
Hədəfimiz ilk öncə Allahın rızasını qazanmaq, daha sonra isə ölkəmizdə İslam dini ilə bağlı bütün məsələlərdə etibarlı istinad mənbəyi olmaqdır.
Qeyd edək ki, Hənəfi məzhəbinə məxsus mötəbər Əhli-sünnət mənbələrindən istifadə edərək, istər tərcümə, istərsə də materialların hazırlanması heyətimiz tərəfindən böyük incəliklə həyata keçirilir.