Təyəmmüm
Su tapılmadığı, yaxud xəstəlik kimi bəzi prob lemlər səbəbi ilə suyu işlətmək mümkün olmadığı zaman torpaq cinsindən təmiz bir şeylə alınan dəstəmaza təyəmmüm deyilir.
Həm dəstəmaz, həm də qüsl üçün təyəmmüm etmək olar.
Təyəmmümün fərzi bir niyyət iki məshdən ibarətdir.
- Əvvəlcə təyəmmümə niyyət edilir
- İki əlini torpaq cinsindən təmiz bir şeyə bir dəfə vurub öncə üz məsh edilir. Sonra ikinci dəfə iki əlini vurub dirsəklərə qədər sıra ilə sağ və sol qol məsh edilir
Qeyd: Üzərində nəcis olmayan qum, çınqıl və s. kimi torpaq və torpaq cinsindən olan şeylərlə, mərmər, kirəmit, kərpic, nəmli və ya yanıq torpaq la, palçıqla suvanmış divarla da təyəmmüm edilə bilər.
Tayammümü pozan hallar dəstəmaz və qüslü pozan hallarla eynidir. Təyəmmümə səbəb olan üzr halının aradan qalxması da təyəmmümü pozar. Yəni su baxımından yaxud bir xəstəlik səbə bi ilə alınan təyəmmüm su tapıldıqda və ya xəstəlik aradan qalxdıqda pozular.