Namaz haqqında məlumat

Namaz haqqında məlumat

Namaz nədir?

Namaz İslamın şərtlərindən ikincisidir. Namaz təkbirlə başlayıb salamla bitən ibadətdir.

Namaz ruhu təmizləyən, qəlbi işıqlandıran, insanı Allah-Təalanın hüzuruna yüksəldən bir ibadətdir. Allah-Təala Qurani-Kərimdə belə buyurur:

“Mani anmaq üçün namaz qıl” (Taha 14). Peyğəmbərimiz (s.Ə.s); “Namaz dinin dirəyidir” (Beyhəqi) buyuraraq namazın dinimizdə çox əhəmiyyətli bir ibadət olduğunu bildirmişdir.

Namazın faydaları

Namaz Allah-Təalanın bizə ehsan etdiyi ən böyük lütfüdür. İnsanın Allaha olan məhəbbət və bağlılığını artırır. Qəlbə qüvvət, ruha da fərəh verir. Müsəlmanlar arasında məhəbbəti artırır. İnsanı tənbəllikdən uzaqlaşdırıb, gümrahlıq qazandırır.

Qürur və kibiri yox edər, əsası da insanı günah və pis işlərdən, çirkinliklərdən uzaqlaşdırar. Və o insanın axirətdə şəfaətçisidir.

Namaza başlamadan əvval diqqət olunacaq bəzi şərtlər:

Təmizlik

Namaz qılan bir insanın bədəni, paltarı və namaz qılacağı yer təmiz olmalıdır.

Qatı pislik (nəcis) üç qramdan çox, maye pislik (nəcis) isə ovuc içindən geniş bir miqdarda olarsa namazın səhihliyinə əngəl sayılır. Bundan daha az olan miqdar namazın səhihliyinə əngəl deyil. Lakin kiçik də olsa natəmizlikdən (pislikdən) qorunmaq namazın ədəblərindəndir.

Övrət yerlərinin örtülməsi

Örtülməsi fərz olan və başqalarının baxması da caiz olmayan (haram olan) üzvlərə övrət yeri deyilir.

Kişilərin övrət sayılan yerləri; göbəkdən (diz qapaqları da daxil) dizlərin altına qədər olan qismdir.

Qadınların isə; üzləri, əlləri və (topuqdan aşağı) ayaqlarından başqa bütün bədənləri övrət yeri sayılır.

Övrət yerlərindən birinin dörddə biri qədər açıq olarsa, namazı pozar. Lakin dörddə birindən az olarsa pozmaz.

Bununla birlikdə bir insan namaz qılarkən özündən asılı olmayaraq açılmış bir övrət yerini dərhal örtərsə namazı pozulmaz.

Vaxt

Gündə beş dəfə qılınan fərz namazlar, təravih namazı, cümə və bayram namazları üçün vaxtın girməsi şərtdir. Vaxtı girmədən qılınan namaz keçərli sayılmır. Həmçinin vaxtı çıxdıqdan sonra qılınacaq fərz namaz da əda deyil, qəza edilmiş olur. Bir namazın üzrsüz olaraq qəzaya buraxılması haramdır.

Vaxt namazlarının yalnız fərzləri qəza edilməlidir. Qəzası qılınan namazların sadəcə fərz olmasıy- la yanaşı istisna hal kimi sabah namazının sünnəsi də günortaya kimi qılına bilər. Cümə və bayram namazlarının qəzası olmur.

Niyyət

Namaza başlayarkən “filan namazı qılmağa niyyət etdim” deyə qəlbdən niyyət etmək fərzdir. Bununla bərabər niyyəti dil ilə təkrarlayıb “Niyyət etdim filan vaxtın fərzini və ya sürməsini qılmağa” demək də sünnə yaxud müstəhəbdir.

Üzüqibləyə durmaq

Namazda qibləyə, yəni Kəbə tərəfə çevrilmək fərzdir. Qiblə istiqamətini bilməyən biri araşdırar və qənaət etdiyi tərəfə doğru namazını qılar.

Bir nəfər namazını qıldıqdan sonra qiblənin istiqamətini təyin etməkdə səhv etdiyini anlayarsa, o namazı təkrar qılmasına ehtiyac yoxdur. Lakin namaz başladıqdan sonra qiblə istiqamətinin başqa tərəfə olduğunu anlayarsa, namazın içərisində həmin istiqamətə çevrilər. Yenidən namaza başlamasına ehtiyac yoxdur.

Namaz vaxtları

İmsak (Fəcr): Səhərə doğru şərq tərəfin üfüqündən yayılmağa başlayan bir aydınlıqdır. Həmçinin orucun başlanma vaxtını göstərən zamandır.

  1. Səhər (sübh): Sübh namazının vaxtı imsak vaxtından günəşin doğmasına qədər olan zamandır.
  2. Günorta (zöhr): Günəşin təpə nöqtədən qərbə meyl etməsi ilə başlayıb hər şeyin kölgəsinin iki misili olana qədər davam edir.
  3. ikindi (əsr): Günorta namazının vaxtının çıxması ilə başlayır və günəş batana qədər davam edir.
  4. Axşam (məgrib): Günəşin tamamilə batması ilə başlayır və qərb üfüqündəki qırmızılığın itməsi ilə bitir.
  5. Yatsı (işa): Qərb üfüqündəki qırmızılıq itdiyi andan başlayıb dan yerinin ağarmasına qədər davam edir.

Kərahət vaxtı

Namaz qılmağın xoş görülmədiyi (bəyənilmədiyi) vaxta karahat (məkruh) vaxt deyilir. Bu vaxtlarda yalnız həmin vaxtın tərzi qılına bilər (əlbəttə, o vaxta qədər namazı gecikdirmək də məkruhdur). Başqa namazlar qılınmaz.

Birinci kərahət vaxtı

Günəşin doğmasından yüksəlməsinə qədər olan müddətdir. 40-45 dəqiqəlik müddətdir.

ikinci kərahət vaxtı

Günəş tam zirvə nöqtədə olduğu vaxtdır. 30- 35 dəqiqəlik müddətdir.

Üçüncü kərahət vaxtı

Günəşin saralmasından, yəni gözləri qamaşdırmaz hala gəlməsindən batdığı zamana qədər olan müddətdir.

Kərahət vaxtlarında:

  • Qəza namazları,
  • Fərz və vacib namazları,
  • Cənazə namazı qılınmaz.
  • Əvvəlcədən oxunmuş bir səcdə ayəsinə görə tilavət səcdəsi edilməz.

İkindi namazının tərzini istisna olaraq kərahət vaxtında qılmaq olar.

Поделиться с друзьями
Şərh əlavə edin

Яндекс.Метрика